Millimiz Danimarka voleybolçularına da set vermədi

Bakı idman sarayında qadın voleybolçuların DÇ-2018-in seçmə oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, millimiz yer aldığı “E” qrupunun 3-ci görüşündə danimarkalı həmkarları ilə üz-üzə gəlib.

Matç Faiq Qarayevin komandasının qələbəsi ilə yekunlaşıb – 3:0 (25:12, 25:14, 25:14). Yığmamız ilk 2 oyunda bu hesabla Norveç və Danimarka kollektivlərini üstələyib.

Niderlandla birgə qrupda öndə gedən voleybolçularız sabah İsrail komandası ilə qarşılaşacaq.

Həmin kateqoriyadan