Polina Rəhimova: Xeyli müddət Asiyada çıxış etdiyimdən, Avropa voleybolunu yaxından izləyə bilmirəm

Bu gün qadın voleybol millimiz “A” qrupunun 3-cü görüşünü də qələbə ilə başa vurdu. Allsport.az saytı xəbər verir ki, Almaniya yığması üzərində 3:1 qələbə qazanaraq birbaşa 1/4 finala çıxan komandamızın hücumçusu Polina Rəhimova dedi ki, rəqib çox sürətli oynayıb:

“Almaniya komandasında gənclər çoxdur. Onlar sürətli hərəkət edirdilər. Üstəlik, xeyli müddət Asiyada çıxış etdiyimdən, Avropa voleybolunu yaxından izləmək imkanım olmur. Ümümənsə, qrup görüşlərini gözəl keçirdik.

Zalda azarkeşlərin çox olması bizi sevindirir, əlavə güc verir. Oyunlar elə maraqlı olur ki, hətta ölkə başçısı gəlib birbaşa izləyir. Bu, qürurvericidir. Hədəfimiz qızıl medallaradır. Buna yetişmək üçün daha səylə çalışmalı, mübarizə aparmalıyıq”.

Həmin kateqoriyadan