Qadın voleybol millimizin qitə çempionatının seçmə qrupunda rəqibləri bilinib

İstanbulda qadın voleybolçuların Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi 3-cü səbətdə yer alıb.

Püşkün nəticəsinə görə, yığmamız “C” qrupunda Macarıstan, Niderland, Xorvatiya, Rumıniya və Estoniya voleybolçuları ilə mübarizə aparacaq. Bu qrupun oyunlarına Budapeşt ev sahibliyi edəcək.

Avropa çempionatı avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada təşkil olunacaq. 2017-ci ildə eyni yarışa Azərbaycan və Gürcüstan ev sahibliyi edib.

Həmin kateqoriyadan