Qrupumuzda rəqib Polşa yığması Almaniya voleybolçuları üzərində inamlı qələbə çalıb

Göygöl olimpiya idman kompleksində qadın voleybolçuların Avropa çempionatında “D” qrupunda ilk görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, Niderland və Belçika komandaları arasında oyunu almaniyalı Vitte Sabine və azərbaycanlı Eldar Zülfüqarov idarə edirlər. Bu matç “narıncılar”ın 3:1 qələbəsi ilə bitib.

Millimizin yer aldığı “A” qrupunda polşalılar Almaniya yığmasını 3:2 üstələyib. Bakıda keçirilən digər görüşdə (“C”) bu nəticə ilə ruslar ukraynalılara qalib gəliblər.

Tiflisdə təşkil olunan “B” qupunu oyunlarında İtaliya ev sahibələrini 3:0, Belarus seçməsi Xorvatiyanı 3:2 hesabları ilə yenib.

Foto: İslam Atakişiyev

Həmin kateqoriyadan