Rövşən Hacıyevin komandası Antalyada

18-21 apreldə Antalyada gənc güləşçilər arasında “Çempionlar” turniri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda ölkəmizi “sərbəstlər”də böyük məşqçisi Rövşən Hacıyev və məşqçi Abil İbrahimovun rəhbərliyi altında ilə Azər Əhmədov, Mahir Məmmədzadə (hər ikisi – 57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov, Vahid Əlizadə (65 kq), Əşrəf Aşurov, Elmar Kazımov (70 kq), Nəsib İsayev, Nadir Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq), Fuad Mayılov (86 kq), Əshab Həmzətov (92 kq), Sənan Əliyev (97 kq) və İslam Abuyev (125 kq) təmsil edəcəklər.

Qızlarda böyük məşqçi Həsrət Məmmədyarovun tapşırıqlarını Sevinc Əhədova, Yasəmən Məcidli (hər ikisi 50 kq), Ayşən Yusifova (53 kq), Birgül Sultanova (57 kq), Jalə Əliyeva (62 kq) və Ceyla Nağızadə (65 kq) yerinə yetirməyə çalışacaqlar.

Bizdən ədaləti 2-ci dərəcəli beynəlxalq hakim Tural Əliyev qoruyacaq.

Həmin kateqoriyadan