Samir Məsimovun komandası Sloveniya kubokunda mübarizəni dayandırdı

Sloveniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu “Domjale” doğma meydanda “Çelye” ilə qarşılaşıb.

Matç həmvətənimizin komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Məsimov bu görüşə start heyətdə çıxsa da, fasilədə əvəzlənib.

Qeyd edək ki, bu klublar arasındakı ilk oyunda da “Domjale” 0:1 hesabıyla uduzmuşdu. Bu üzdən də Məsimovun komandası kubokdakı çıxışını dayandırmalı olub.

Həmin kateqoriyadan