İri sinəli ukraynalı “Şaxtyor”un yeni ulduzu Sikanın həyat yoldaşıdır

Noyabrın 7-də çempionlar liqasının qrup mərhələsinin dördüncü turunda “Şaxtyor” gözlənilmədən “Barselona”ya qalib gəldi. “Narıncılar”ın qapısına yeganə qolu 22 yaşlı Danil Sikan vurub.

Allsport.az xəbər verir ki, onun futbol şücaətləri həyat yoldaşı Tatyana Dyateldən ilhamlanır. Ukrayna mediasında Tatyana tez-tez “Victoria’s Secret mələklərindən biri” kimi tanınan britaniyalı supermodel Rozi Hantinqton-Uaytli ilə müqayisə edilir.

Krivoy Roqda məktəbi bitirdikdən sonra Tatyana Ukraynanın paytaxtına köçüb və orada Kiyev dövlət iqtisad universitetində təhsilini davam etdirib. O, 2019-cu ildə Sikanla görüşməyə başlayıb.

20 yaşlı futbolçu Lvov “Karpatı”sından “Şaxtyor”a transfer olunduqdan dərhal sonra “Mariupol”a icarəyə göndərilib. 2023-cü ilin aprelində isə cütlük evlənib.

Həmin kateqoriyadan