“Neftçi”nin keçmiş baş məşqçisi Yaroşikin “Orenburq”dan gedişi barədə nə deyib?

“Neftçi”nin keçmiş baş məşqçisi Vlastimil Petrjela, İrji Yaroşikin “Orenburq”dan gedişinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, çərşənbə axşamı Rusiya klubu onun baş məşqçisi postundan getdiyini və onun yerinə ispaniyalı David Deoqrasiyanın təyin olunduğunu elan edib.

“İrjiyə qarşı heç bir mənfi münasibət yox idi. Heç kim onu ​​Rusiyada işinə görə tənqid etməyib. Hamı onun şəxsi səbəblərə görə “Orenburq”dan getdiyini yazıb. Başqa heç nə. Buna görə də, bu baxımdan hər şey qaydasındadır”, – çex mütəxəssis həmyerlisinin baradə deyib.

Həmin kateqoriyadan