“Spartak” Onana ilə maraqlanır

“Spartak” Onana ilə maraqlanır

“Spartak” klubu “Beşikdaş”ın yarımmüdafiəçisi Jan Onana ilə maraqlanıb. Allsport.az saytı xəbər verir ki, Moskva klubunun nümayəndələri futbolçunun mümkün icarəsi ilə bağlı Türkiyə tərəfi ilə əlaqə saxlayıb.

“Ağ-qaralar”ın rəhbərliyi razılaşsa da, 23 yaşlı futbolçunun 1 illik icarəsi üçün 1 milyon avro istəyib. “Qladiatorlar” bu tələbləri çox yüksək hesab edərək, irəli sürülən şərtlərlə razılaşmayıb. Onana bu yay 4 milyon avroya “Lans”dən “Beşikdaş”a keçib.

Kamerunlu futbolçu ötən mövsüm Fransa klubunda 23 oyun keçirib və 4 sarı vərəqə alıb. Transfermarkt yarımmüdafiəçini 6 milyon avroya qiymətləndirir.

Həmin kateqoriyadan