“Srvena Zvezda”dan “Celje”yə

“Srvena Zvezda”nın yarımmüdafiəçisi Yeqor Prutsev yeni mövsümünü Sloveniyada keçirəcək. Allsport.az saytı xəbər verir ki, 20 yaşlı rusiyalı futbolçu “Celje” klubunda icarə əsasında çıxış edəcək. Müqavilə 30 iyun 2024-cü il tarixinədək qüvvədədir.

O, ötən ilin yayında Soçidən “Srvena Zvezda”ya keçib. Belqrad klubunun heyətində 11 oyun keçirib, bir məhsuldar ötürmə vedib. Ötən mövsüm Serbiya çempionu və ölkə kubokunun qalibi olub.

May ayında məlum olub ki, Prutsev Serbiya vətəndaşlığı alıb.

Həmin kateqoriyadan