“Allah eləsin, hər şey davamlı olsun”

“Pari Nijni Novqorod”un hücumçusu Timur Süleymanov, başqa klublardan təkliflərin olduğunu bildirib. Allsport.az saytı xəbər verir ki, əvvəl 23 yaşlı futbolçunun nümayəndəsi müştərisinin Qaziantəpdə gözlənildiyini söyləmişdi.

“Konkret təkliflər var, bir deyil. Amma agentimə bütün suallar, o, hər şeyi bilir. Çempionatın səviyyəsinin artdığını deyə bilmərəm – burada belə ulduzlar oynayır. Sadəcə, uğur qazanıram, Allah eləsin, hər şey davamlı olsun, bir az da güclənim.

Gələcəyimlə bağlı aydınlığın nə vaxt gələ biləcəyini bilmirəm. Mən bununla bağlı heç nə başa düşmürəm, mənim agentim hər şeyə qərar verir”, – Süleymanov sitat gətirib.

Həmin kateqoriyadan