Buffon niyə “Rubin”ə keçmədi?

“Rostov”un qapıçılar üzrə məşqçisi Vitali Kafanov, əfsanəvi qapıçı Canluici Buffonun 2002-2013, eləcə də 2018-2019-cu illərdə “Rubin”ə keçidinin baş tutmamasından danışıb. Allsport.az saytı xəbər verir ki, həmin dövrlərdə mütəxəssis Tatarıstan klubunda işləyib. Sitat:

“Buffonu “Rubin”ə aparmaq fürsətindən bir neçə il əvvəl qapıçılar üzrə məşqçi təşkilatımızı yaratmağa və bütün rusiyalı qapıçılar üzrə məşqçiləri birləşdirməyə başladım. O, rusiyalı qapıçılarımızın yetişdirilməsinin vacibliyi haqqında çox danışdı.

Mən özüm də Buffon kimi qapıçı ilə işləməyi xəyal edirdim. Birincisi, o, böyükdür. İkincisi, onunla işləmək çox asan olardı, özünü oyunlara hazırlaya bilərdi. Ona nəsə öyrətməkdən söhbət gedə bilməzdi. Sadəcə, heç nəyi korlamamalı idi”.

Həmin kateqoriyadan