“Şirürəkli”dən ölkə başçısına açıq dəstək

Bakı Konqres Mərkəzində prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib.

Allsport.az saytı xəbər verir ki, gənclər aprelin 11-də təşkil olunacaq seçkilərdə də fəal iştirak edəcəklərinə, ölkə başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

Çıxış edənlər arasında yunan-Roma güləşi üzrə Rio olimpiadasının bürünc mükafatçısı (2016), dünya çempionu (2015) və Avropanın ən güclülərinin yarışının (2014) gümüş medalçısı Rəsul Çunayev də olub.

Titullu bahadırımız, öz növbəsində, idmanımızın himayəçisinə səs verəcəyini söyləyib. Xatırladaq ki, Ermənilərin qənimi kimi ad çıxaran “şirürəkli” güləşçimiz zədəsini sağaldaraq, hazırda yeni qələbələr üçün müntəzəm məşq edir.

Həmin kateqoriyadan