«Smoha» yenə sevindi, Vüqar Bayramov 13 xal yığdı

Milli komandamızın voleybolçusu Vüqar Bayramovun Misir Superliqasında forma geyindiyi «Smoha» klubu dünən növbəti matçını keçirib. Allsport.az saytı xəbər verir ki, İsgəndəriyyə təmsilçisi 11 turda evdə «Domahnur» komandasını 3:0 məğlub edib.

Bu matçdan həmyerlimiz 13 xal qazanıb. Hazırda «Smoha» maksimum nəticə ilə yarış cədvəlində liderdir. Millinin voleybolçusu saytımıza verdiyi açıqlamada deyib ki, çıxış etdiyi klubun məqsədi bu il də çempion olmaqdır.

Həmin kateqoriyadan