Taekvondoçularımız komandalararası dünya çempionatına qələbə ilə başlayıb

Bakıda taekvondo üzrə komandalararası dünya çempionatına start verilir. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək yarışda həm kişilər, həm qadınlar iki qrupda mübarizə aparacaq.

Güclü cinsin nümayəndələrinin mücadiləsində “A” qrupunda İran, Rusiya, Koreya Respublikası və Türkiyə, “B” qrupunda Azərbaycan, Belçika və ABŞ yer alıblar.

Qadın komandalara gəldikdə, “A” qrupunda Çin, Rusiya, İtaliya və Fransa, “B” qrupunda Azərbaycan, ABŞ, Koreya Respublikası və Türkiyə qərarlaşıblar.

Günün proqramına əsasən, bu gün yalnız qrup görüşləri baş tutacaq. Artıq milli komandalarımız rəqabətə inamla başlayıblar. Ustalarımız Belçika millisinə (27:8), xanımıarımız ABŞ yığmasına böyük üstünlüklə (11:6) qalib gəliblər.

Həmin kateqoriyadan