Taekvondoçularımız Koreyada

Kişi və qadın takevondoçulardan ibarət Azərbaycan milli komandaları Koreya respublikasında təlim-məşq toplanışına start veriblər.

Allsport.az xəbər verir ki, Seulda milli idman universitetində təşkil olunan hazırlıqda kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevlə məşqçi Rəşad Abdullayevin rəhbərliyi altında Səyyad Dadaşov, Qaşım Məhəmmədov, Cavab Ağayev, Eltac Qafarov, Həmidrza Badrialiabadi və Milad Beiqi Harçeqani iştirak edirlər.

Qadınlardan ibarət yığmamız isə baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlıq keçir. O, məşqlərə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidovanı cəlb edib.

Həmin kateqoriyadan