Taekvondoçularımızdan daha 2 medal

İranın paytaxtı Tehranda taekvondo üzrə keçirilən “Fəcr Open” beynəlxalq turnirinə yekun vurulub.

Allsport.az xəbər verir ki, G-1 kateqoriyalı yarışın son günündə Azərbaycan yığması daha 2 medal qazanıb.

Millinin heyətində Yaşar Məmmədli (68 kq) və Eltac Qafarov (80 kq) bürünc mükafata yiyələnib. Bununla da komandamız “Fəcr Open”i 3 bürünc medalla başa vurub. Daha öncə Rahid Vəliyev (54 kq) də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, milli komandamız “Fəcr Open”in ardınca Tehranda G-2 kateqoriyalı dünya taekvondosunun prezidentinin kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da keçiriləcək.

Həmin kateqoriyadan