Ölkə çempionatı 5 gün davam edəcək

Dekabrın 24-də taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək.

Allsport.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilində təşkil olunacaq yarış 5 gün davam edəcək.

Bakı idman sarayında keçiriləcək çempionat yeniyetmələrin mübarizəsi ilə başlayacaq. Dekabrın 26-27-də gənclər arasında Azərbaycanın ən güclü taekvondoçularının adlarına aydınlıq gələcək.

2023-cü ilə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 28-də dayanq üzərinə çıxacaqlar.
Döyüşlər hər gün saat 09:00-da başlayacaq.

Qeyd edək ki, yeniyetmələr yeni qaydalara uyğun çəki ilə deyil, boylarının ölçülərinə görə müəyyənləşəcək. Gənclər 20, böyüklər isə 16 çəki dərəcəsində mübarizə aparacaqlar.

Həmin kateqoriyadan