Taekvondo federasiyasında görüş

Azərbaycan taekvondo federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov, Nağı Səfərov, Niyaməddin Paşayev və nəzarət təftiş komitəsinin sədri Anar Surxayzadə Çinin Usi şəhərində keçirilmiş “Böyük dəbilqə”nin təsnifat və çempionlar sıralamasında 2 qızıl medal qazanmaqla Paris-2024-ə vəsiqə qazanan Qasım Məhəmmədov (58 kq) və baş məşqçi Məmməd Abdullayevlə görüşüblər.

Allsport.az saytı xəbər verir ki, toplantıda federasiyaya minnətdarlıq bildirilib və lisenziyanın asan əldə edilmədiyini qeyd olunub. Növbəti hədəfin vəsiqə sayının artırılması deyilib.

Federasiya rəsmiləri komandaya uğurlar arzulayıb. Bildirilib ki, yay olimpiya oyunlarında uğurlu iştirak üçün bütün lazımı şərait yaradılacaq.

Həmin kateqoriyadan