Taekvondoçularımızdan daha 4 medal

Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatı davam edir.

Allsport.az xəbər verir ki, yarışın 2-ci günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası aktivinə daha 4 medal əldə edib.

Yığmanın heyətində Hüseyn Abbaslı (148 sm) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm) və Çingiz Həsənov (172 sm) ikinci yeri tutub.

Baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komanda Türkiyə açıq çempionatını 2 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.

Yarışın ilk günündə Məryəm Cəfərova (152 sm) birinci, Gülay Əliyeva (160 sm) isə üçüncü yeri tutub.

Həmin kateqoriyadan