Millimiz İranda 2 beynəlxalq yarışda iştirak edəcək

Fevralın 12-15-də İranın paytaxtı Tehranda taekvondo üzrə G-1 kateqoriyalı “Fəcr Open”, ayın 16-19-da G-2 kateqoriyalı dünya taekvondosunun prezidentinin kuboku keçiriləcək.

Allsport.az xəbər verir ki, Azərbaycan millisi hər iki yarışda qüvvəsini sınayacaq.

Beynəlxalq turnirlərdə kişilərdən ibarət böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında Səyyad Dadaşov (58 kq), Rahid Vəliyev, Xıdır Məmmədov (hər ikisi 54 kq), Ruslan Seyidov, Malik Abbasov, Yusif Qurbanov, Adil Eyvazov (hamısı 58 kq), Riyad Şirəliyev, Pərviz İskəndərov (hər ikisi 63 kq), Yaşar Məmmədli, Vaqif Hacıyev, Xanlar Xanəhmədov, Vüqar Bağırov (hamısı 68 kq), Ələskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) dayanq üzərinə çıxacaq.

Qadınlardan ibarət böyük məşqçi Seulbi Li və məşqçi Zahid Məmmədov isə Tehranda Səlimə Quliyeva (46 kq), Aylin Eynullayeva (49 kq), Nigar Abdullayeva (53 kq), Leyla Bəşirova, Nərgiz Kazımova (hər ikisi 57 kq), Meylin Məmmədzadə (62 kq) və Nərmin Ənsəriyə (67 kq) şans verəcək.

Həmin kateqoriyadan