Taekvondoçularımızın növbəti səfəri olimpiya oyunlarının vətəninədir

Aprelin 27-də Afinada Ümumdünya Taekvondo Federasiyasının prezident kuboku start götürəcək. Allsport.az saytı xəbər verir ki, 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq. Yeniyetmə, gənc və ustalar arasında baş tutacaq sayca 2-ci G2 dərəcəli turnirə ölkəmiz 35 idmançı ilə yollanıb.

Əsas komandadan Qaşım Məhəmmədov (54 kq), Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Məhəmməd Məmmədov (63 kq), Sina Bəhrami, Ayxan Tağızadə (hər ikisi – 68 kq), Əliəsgər Əliyev, Səid Quliyev (74 kq), Milad Beiqi Hərçəqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (87 kq), Radik İsayev (+87 kq), Paniz İsmayılpur (46 kq), Gülxanım Yaşıldağ (49 kq), Patimat Abakarova (53 kq), Yarpaq Əriş (57 kq), Dərya Şkurko (62 kq) və Fəridə Əzizovaya (67 kq) şans veriləcək.

Azərbaycan gənclərin yarışda Xanoğlan Kərimov (45 kq), Ayaz Qənbərli (51 kq), Əbülfət Zülfüqarov (55 kq), Qasım Aslanov (59 kq), Cavad Ağayev (63 kq), Niyaz Zülfüqarlı (63 kq), Mirvari Qənbərli (42 kq) və Mehriban Məmmədovanın (44 kq), yeniyetmələrin mübarizəsində isə Nihad Əlizadə (33 kq), Riyad Şirəliyev (37 kq), İsmayıl İsmayılov (41 kq), Pərviz İsgəndərov (45 kq), Hüseyn Abdullazadə (49 kq), Aysu Məmmədova (37 kq), Ofeliya Allahverdiyeva (41 kq), Aylin Eynullayeva (47 kq) və İlahə Quluzadə (59 kq) ilə təmsil olunacaqlar.

Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya qazanacaqlar. Millimiz mayın 1-də vətənə dönəcək. Prezident kubokunda isə ümumilikdə 51 ölkədən 2182 taekvondoçu iştirak edəcək.

Qeyd edək ki, bu il yeniyetmələrin Avropa birinciliyi Macarıstanda, gənclərin qitə mübarizəsi Kiprdə olacaq. Ustalar arasında olimpiya çəki dərəcələri üzrə Avropa çempionatı isə Belarusda baş tutacaq.

Həmin kateqoriyadan