Taleh Məmmədov: Böyük yarışlarda qazandığım bu ilk medalı dayıma həsr edirəm

Taleh Məmmədovu zəhmetkeş idmançı kimi tanıyıram. Məşqlərdə çox çalışır. Avropa və dünya çempionatlarında hər dəfə həlledici görüşlərdə büdrəyirdi. Nəhayət, Rumıniya paytaxtında belə olmadı: 3-cü yer uğrunda mücadilədə fürsəti qaçırmadı. Yunan-Roma güləşisi mötəbər arenalarda qazandığı ilk sevinci allsport.az saytı ilə belə bölüşdü:

“Sevincimin həddi-hüdudu yoxdur. Deyərdim ki, ilk medalım qızıl da ola bilərdi. Yarımfinalda rəqib qarnımın altında əlimi tutmuşdu. Döşək hakimi elə bildi ki, bunu mən etmişəm. Yersiz 2 xal verdi və bunla da görüş sındı.

3-cü yer uçün mübarizə erməni rəqib boyca hündür idi, belələri münasib sayılmır. 2 dəfə ayrı yarışda onu üstələmişdim. Bu dəfə tutaşma çətin keçsə də, sonda yenə qalib gəldim. Dünən hiss etdim ki, onla qarşılaşa bilirdim. Bu üzdən həyacan vardı. Axı, hamı məndən qələbə gözləyirdi.

Başda Şaban Donat olmaqla, bütün məşqçilərə təşəkkürümü bildirirəm. Onların üzərimdə əməyi böyükdür. İlk medalımı dayıma həst edirəm”.

Kamran HACI, Buxarest

Həmin kateqoriyadan