“Telekom” 9-cu dəfə ölkə çempionu adını qazanıb

Qadın voleybolçulardan ibarət “Telekom” klubu cari super liqanın qalibi olub. Allsport.az saytı xəbər verir ki, serbiyalı baş məşqçi Zoran Qayiçin rəhbərlik etdiyi kollektiv ölkə çempionatının son turunda “Lokomotiv”i 3:0 hesabı ilə məğlub edərək qızıl medalları qazanıb.  15 oyundan 14-də qələbə qazanan “Telekom” ölkə çempionu adını qazanıb. Beləliklə, “rabitəçilər” 1 illik fasilədən sonra yenidən, cəmdə 9-cu dəfə zirvəni tutub.

Mövsümə “Azəryol”–“Azərreyl” matçı ilə yekun vurulacaq. Reqlamentə əsasən, çempionluqda xallar deyil, qələbə sayı əsas götürüldüyündən bu qarşılaşmanın nəticəsi heç bir əhəmiyyət kəsb etmir. “Telekom”un “Lokomotiv” üzərində qalibiyyətindən sonra “Azərreyl” çempion titulu ilə vidalaşaraq gümüş medalla kifayətlənib.

“Azəryol” bürünc medalları daha əvvəl təmin etmişdi. Ölkə çempionatında “Lokomotiv” 4-cü, Gürcüstan komandası isə sonuncu yeri tutub.

Həmin kateqoriyadan