- Baxış sayı: 41
- 25 Aprel 2024 23:30
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
İspaniyanın Pontevedra şəhərində keçirilən gənclərin Avropa birinciliyində Turan Bayramov (65) qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, sərbəst güləşçimiz qələbə təəssuratını belə bölüşüb:
“Yeniyetmələrin ardınca gənclər arasında da Avropa çempionu oldum. Bundan da böyük qələbələr qazanmağa çalışacağam. Yerlim olan Toğrul Əsgərovun güləşinin fanatıyam. Onun nailiyyətlərini yeniləmək üçün bütün gücümü ortaya qoyacağam”.