U-16 həndbolçu qızlarımız açıq Avropa turnirində

2-6 iyulda İsveçin Höteborq şəhərində U-16 həndbolçu qızların açıq Avropa yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, turnirdə 20 komanda 4 qrupda mübarizə aparacaq.

Millimiz “C” qrupunda yer alıb. Rəqiblər  Fransa, İspaniya, Finlandiya və İslandiya komandalarıdır.

İlk yeddi yerin sahibi 2019-cu il iyulun 20-dən 28-dək Bakıda keçiriləcək Avropa gənclərinin yay olimpiya festivalına vəsiqə qazanacaq.

Həmin kateqoriyadan