- Baxış sayı: 50
- 15 Aprel 2024 14:52
- Baxış sayı: 50
- Aprel 23, 2024
- 0
Azərbaycan millisinin veteran futzalçısı Rəcəb Fərəczadə milli karyerasını başa vurub. Allsport.az saytı xəbər verir ki, dünya çempionatına vəsiqə uğrunda Azərbaycan millisinin Hollandiya ilə Bakıdakı cavab pley-off matçı öncəsi Fərəczadənin yığmadan gedişi xüsusi qeyd olunub.
Belə ki, qarşılaşmanın start fiti ərəfəsində AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Rəcəbi millidəki zəngin karyerası münasibətilə təbrik edib, ona təşəkkürünü bildirib. Onlar Fərəczadəyə milli komandamızın 7 nömrəli formasını da hədiyyə ediblər.