“Avropada oynadığımız matçlar daxili çempionatda çıxışımızda çox kömək etdi”

“Telekom”un aparıcı voleybolçusu Yelizaveta Səmədova Avropa Voleybol Konfederasiyasının saytına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı oyunçu çempionlar liqasında böyük təcrübə topladıqlarını deyib:

“Bu günə qədər 5 matç keçirdik. Onların içində böyük komandalar da vardı. Bu, bizə dəyərli təcrübə qazanmaq imkanı verdi. Avropada oynadığımız matçlar daxili çempionatda çıxışımızda çox kömək etdi.

Ümid edirəm ki, bu təcrübəni milli komandamızın oyunlarında da öz əksini tapacaq. “Konelyano” ilə qarşıdakı görüşə gəlincə, əlimizdən gələni etməyə çalışacağıq”.

 

Həmin kateqoriyadan