Yunan-Roma güləş millimiz ilin ilk reytinqli yarışına yollanıb

25-26 yanvarda Mehşəhrdə İranın tanınmış yunan-Roma güləşçisi Qulamrza Təxtinin xatirəsinə kubok yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu mübarizə adı çəkilən növdə əmsalların hesablanacağı ilk sınaqdır.

Millimiz Arazın o tayında baş məşqçisi Şaban Donat və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi ilə iştirak edəcək. Heyətdə Ziyad Zeynalov, İbrahim Nurullayev (hər ikisi – 55 kq), Sakit Quliyev, Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (72 kq), Nəsir Həsənov (77 kq), Türmən Eyyubov və Orxan Nuriyev (97 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Xəzər Allahverdiyev təmsil edəcək. 2018-ci ilin təqvim planında nəzərdə tutulan qitə və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 yarışın nəticəsinə əsasən xallar hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə onlar toplanaraq sıralamanı müəyyənləşdirəcək.

Həmin kateqoriyadan