Əfran İsmayılovun komandasından qələbə

Minifutbol üzrə Azərbaycan çempionatında I tura yekun vurulub.

Allsport.az xəbər verir ki, ilk turun ikinci oyun günündə 4 qarşılaşma keçirilib.

Əfran İsmayılovun təsisçisi olduğu, Azərbaycan milli komandasının sabiq üzvlərindən qurulan debütant “İnter” “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub edib. Keçirilən 4 matçda qapılara 24 qol vurulub.

“İnter” – “Sumqayıt” – 4:2
“Dinamo Gəncə” – “Siyəzən” – 4:3
“Zirə” – “Odlar Yurdu” – 4:1
“Dirçəliş” – “Aznur” – 1:5

Həmin kateqoriyadan