- Baxış sayı: 22
- 04 Avqust 2026 17:45
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovun çıxış etdiyi “Bursaspor” klubu Türkiyə kubokunda mübarizəyə başlayıb.
Allsport.az xəbər verir ki, Bursa təmsilçisi III təsnifat mərhələsində aşağı liqa klubu “Ceyhanspor”u qəbul edib. Rəqibini 6:1 hesabı ilə darmadağın edən meydan sahibləri IV raunda yüksəliblər.
Ələsgərovun adı bu qarşılaşma üçün I liqa təmsilçisinin iştirak ərizəsinə salınmayıb.
Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörəngücü” isə “Ağrı 1970 Spor”a 4:5 hesabı ilə uduzaraq ölkə kubokunda mübarizəni dayandırıb. 26 yaşlı yarımmüdafiəçi bu görüşdə iştirak etməyib.