- Baxış sayı: 20
- 10 Noyabr 2026 11:54
- Baxış sayı: 249
- Noyabr 09, 2026
- 0

Niderland milli komandasının kapitanı və “Liverpul”un müdafiəçisi Vircil van Deyk yığmanın noyabr toplanışından çıxarılıb.
Allsport.az xəbər verir ki, 34 yaşlı təcrübəli futbolçu İngiltərə premyer liqasında “Kristal Pelas”a 3:1 hesabı ilə qalib gəldikləri oyunda zədələnib.
Səhhətindəki bu problem səbəbindən van Deyk millətlər liqası çərçivəsində Yunanıstan və Almaniya yığmalarına qarşı keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.