Zəfər günündə zəfər bəxş edən Azərbaycan güləşi!

Zəfər günündə zəfər bəxş edən Azərbaycan güləşi!

Bu gün Dəkərdə keçirilən yeniyetmələrin yay olimpiya oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışa yekun vurulub.

Allsport.az xəbər verir ki, Tunar Quliyev (70 kq) və Elgün Kərimli (80 kq) qrup mərhələsində keçirdikləri hər üç görüşdən qələbə ilə ayrılaraq yarımfinala yüksəliblər.

Tunar Quliyev ukraynalı Mikita Kuzmenkoya 2:0 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb. Finalda isə gürcüstanlı Luka Maxaradzeni 3:1 hesabıyla məğlub edən idmançımız yeniyetmələrin yay olimpiya oyunlarının qalibi olub.

Elgün Kərimli yarımfinalda seneqallı Ablaye Diufa heç bir şans tanımayıb – 5:0. Həlledici görüşdə Gürcüstanı təmsil edən soydaşımız Nurəddin Mustafayevə 3:1 hesabıyla qalib gələn güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Tunar Quliyev və Elgün Kərimli yeniyetmələrin yay olimpiya oyunlarında qızıl medalı boyunlarından asıblar. Xatırladaq ki, ötən gün Nihad Süleymanlı (80 kq) gümüş medal qazanıb. Bu nəticəylə 70 xal toplayan millimiz komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (61) ikinci, Seneqal (58) isə üçüncü pillədə qərarlaşıb. Bununla da 8 noyabr zəfər günündə çimərlik güləşçilərimiz də öz qələbələrini xalqımıza bəxş ediblər.

Azərbaycan güləş federasiyasının son illər bu sahəyə göstərdiyi diqqət və qayğı öz bəhrəsini verməkdədir. Bu il ilk dəfə Bakıda keçirilən U-17 dünya çempionatı və seriyasında əldə olunan uğurlu nəticələr, böyüklərdən ibarət yığma komandamızın dünya çempionu olması, eləcə də yeniyetmələrin yay olimpiya oyunlarında qazanılan qızıl medallar ölkəmizdə çimərlik güləşinin inkişafından xəbər verir.

Həmin kateqoriyadan