- Baxış sayı: 42
- 09 Noyabr 2026 22:16
- Baxış sayı: 204
- Noyabr 09, 2026
- 0

Azərbaycanın cüdo hakimləri İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq dərəcəli hakim adını qazanıblar.
Allsport.az xəbər verir ki, onlar Macarıstanın Dyör şəhərində keçirilən beynəlxalq cüdo federasiyasının (İJF) seminar və imtahan proqramını uğurla başa vuraraq “B” kateqoriyasına layiq görülüblər.
Noyabrın 6–8-də təşkil olunan proqram çərçivəsində hakimlərin nəzəri bilikləri və praktiki hazırlığı qiymətləndirilib. İmtahanın praktiki mərhələsi yeniyetmələr arasında Avropa kuboku zamanı keçirilib.
Bütün mərhələləri uğurla tamamlayan həmyerlilərimizə beynəlxalq dərəcəni təsdiqləyən diplom, qalstuk və döş nişanları təqdim olunub.