- Baxış sayı: 34
- 10 Noyabr 2026 14:19
- Baxış sayı: 268
- Noyabr 09, 2026
- 0

“Qələbəmin xüsusilə 8 noyabr – zəfər gününə təsadüf etməsi bu uğurun mənəvi dəyərini daha da artırıb.”
Allsport.az xəbər verir ki, bu sözləri Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarında çimərlik güləşi üzrə yarışlarda qızıl medal qazanan Tunar Quliyev bildirib.
Təəssüratlarını bölüşən yeniyetmələrin olimpiya çempionu qələbəsini Azərbaycan xalqına, qəhrəman şəhidlərimizə və qazilərimizə həsr etdiyini bildirib:
“Yeniyetmələrin olimpiya çempionu olduğum üçün çox sevincliyəm, Allaha həmd olsun! Qələbəmiz 8 noyabr – zəfər gününə təsadüf etdi. Əsgərlərimiz, şəhidlərimiz və qazilərimiz torpaqlarımızı azad edərək bayrağımızı dalğalandırdılar. Biz də əlimizdən gələni etdik, bayrağımızı ucaltdıq və himnimizi səsləndirdik. Bu il mənim üçün çox çətin il oldu. Amma Allaha şükürlər olsun ki, əziyyətim yerdə qalmadı və yeniyetmələrin olimpiya çempionu oldum”.
O, mübarizənin son saniyələrinə qədər inamını itirmədiyini vurğulayaraq deyib:
“Mən yarışa yalnız qələbə üçün çıxmışdım. Son saniyəyə qədər də mübarizə apardım və arzuladığım qələbəni qazandım”.