- Baxış sayı: 24
- 09 Noyabr 2026 11:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Polşa çempionatında XIV turun mərkəzi qarşılaşması baş tutub.
Allsport.az xəbər verir ki, “Legiya” (Varşava) doğma meydanda “Rakuv”u sınağa çəkib. Gərgin və qollarla zəngin keçən görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan milli komandasının hücumçusu Mahir Əmrəli görüşə “Rakuv”un start heyətində başlayıb. Həmyerlimiz 58-ci dəqiqədə Otienonun vurduğu qolun ötürməsini edərək assistlə yadda qalıb. Mahir 73-cü dəqiqədə əvəzlənib.