Çex Respublikası ilə matçda olmayacaq

Çex Respublikası ilə matçda olmayacaq

İspaniya milli komandası UEFA millətlər liqası V turunun Çex Respublikası ilə matçına ciddi itki ilə çıxacaq.

Allsport.az xəbər verir ki, Lamin Yamal yığmanın düşərgəsinə gec qoşulacaq.

“Barselona”nın 19 yaşlı vingeri dizində olan yüngül zədəyə görə bir neçə gün istirahət edəcək. O, millinin növbəti matçında oynaya biləcək.

İspaniya seçməsi noyabrın 12-də səfərdə Çex Respublikasının qonağı olacaq, ayın 15-də isə doğma meydanda İngiltərəni qəbul edəcək.

Həmin kateqoriyadan