Beynəlxalq proqramda iştirak edəcək

Beynəlxalq proqramda iştirak edəcək

Azərbaycan millisinin üzvü Polina Şukina NBA, VNBA və FİBA-nın birgə təşkil etdiyi “Basketball vithout borders” (BVB) proqramının qadınlar üçün nəzərdə tutulan “BVB next up” düşərgəsinə seçilib.

Allsport.az xəbər verir ki, Sinqapurda keçiriləcək düşərgədə dünyanın müxtəlif ölkələrindən 80 perspektivli gənc basketbolçu yer alacaq.

Bununla da Azərbaycan ilk dəfə sözügedən proqramda təmsil olunacaq.

Noyabrın 18-dən 21-dək davam edəcək düşərgə müddətində iştirakçılar tanınmış basketbolçular və məşqçilərin rəhbərliyi altında məşqlərdə, həmçinin oyunlarda iştirak edərək bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Ən yaxşı oyunçular düşərgəsinə seçilmək şansı əldə edəcəklər.

Şukina 2025-ci ildə U-16 Avropa çempionatının “B” divizionunda ən çox xal toplayan üç basketbolçudan biri olub. O, 2026-cı ildə keçirilən U-18 Avropa çempionatının “B” divizionunda isə ribaund və effektivlik göstəricilərinə görə turnirin lideri olub.

Həmin kateqoriyadan