“Gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”

“Gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”

Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarında çimərlik güləşi üzrə yarışlarda gümüş medal qazanan Nihad Süleymanlı Heydər Əliyev beynəlxalq hava limanında verdiyi müsahibədə yarışdakı çıxışını dəyərləndirərək təəssüratlarını və gələcək hədəflərini bölüşüb.

Allsport.az xəbər verir ki, yarışda əsas məqsədinin çempionluq olduğunu bildirən idmançı, müəyyən kiçik səhvlər səbəbindən gümüş medalla kifayətlənməli olduğunu qeyd edib:

“Hədəfim çempion olmaq idi, amma qismət olmadı. Müəyyən səhvlər etdim və gümüş medal qazandım. Səhvlərimin üzərində daha çox çalışıb, gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”.

Həmin kateqoriyadan