Əməliyyat olunub

Əməliyyat olunub

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro ön çarpaz bağın qopması diaqnozu ilə bu gün cərrahiyyə əməliyyatı olunub.

Allsport.az xəbər verir ki, əməliyyat Türkiyədə, tanınmış həkim Me Binnət tərəfindən yerinə yetirilib.

Müdafiəçi 3 gündən sonra xəstəxananı tərk edəcək. Onun növbəti ilin ilk aylarında fərdi məşqlərə başlayacağı gözlənilir.

Ftbolçu premyer liqanın VIII turunda “Sumqayıt”la keçirilmiş oyunda zədələnib.

Həmin kateqoriyadan