Cüdoçularımız Yaponiyada

Cüdoçularımız Yaponiyada

Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisi Yaponiyada üçhəftəlik təlim-məşq toplanışına başlayıb.

Allsport.az xəbər verir ki, hazırlıq prosesində 16 idmançı iştirak edir. Komandaya baş məşqçi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik edirlər.

Toplanışın ilk mərhələsi Tokai universitetinin nəzdində fəaliyyət göstərən Saqami məktəbində keçirilir.

Məşqlərdə cüdoçuların texniki və taktiki bacarıqlarının, fiziki dözümlülüyünün, randori hazırlığının və müxtəlif üslublu rəqiblərlə mübarizə təcrübəsinin artırılmasına diqqət yetirilir.

Yaponiyadakı hazırlıq prosesi yeniyetmə idmançıların qarşıdakı yarışlara hazırlığı və gələcəkdə əsas milli komandaya keçidi baxımından əhəmiyyət daşıyır.

Həmin kateqoriyadan