- Baxış sayı: 20
- 09 Noyabr 2026 10:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Mançester Siti” İngiltərə çempionatında 122 illik arzuolunmaz rekordu təkrarlayıb.
Allsport.az xəbər verir ki, Entso Mareskanın baş məşqçisi olduğu kollektiv cari mövsümün əvvəlində qeyri-adi seriya ilə üzləşib.
Premyer liqada keçirdiyi ilk yeddi oyunda qələbə qazanan “şəhərlilər” daha sonra ardıcıl üç məğlubiyyət alıb.
Bu, İngiltərənin ən yüksək divizionu tarixində baş verən ikinci belə haldır.
Bundan əvvəl, yeddi qələbəlik startdan sonra oxşar eniş yaşayan yeganə komanda 1904/1905 mövsümündə “Şeffild Uensdey” olub.
Xatırladaq ki, “Mançester Siti” 21 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.