- Baxış sayı: 35
- 10 Noyabr 2026 15:23
- Baxış sayı: 273
- Noyabr 09, 2026
- 0

“Dallas Maveriks”in 19 yaşlı basketbolçusu Kuper Fleq NBA-nın müntəzəm çempionatında “İndiana Peysers”lə görüşdə iki tarixi rekorda imza atıb.
Allsport.az xəbər verir ki, amerikalı oyunçu 43 xal, 11 götürmə, 6 məhsuldar ötürmə və 3 top oğurlaması ilə yadda qalıb.
O, NBA tarixində 20 yaşına çatmamış bir matçda bu göstəricilərə çatan ilk basketbolçu olub.
Bundan başqa, Fleq 20 yaşına çatmamış beşinci dəfə 40 xal həddini keçərək bu göstəriciyə nail olan ilk yeniyetmə basketbolçuya çevrilib.
“Dallas” görüşdə 125:122 hesabı ilə qalib gəlib.