- Baxış sayı: 30
- 10 Noyabr 2026 14:41
- Baxış sayı: 268
- Noyabr 09, 2026
- 0

“Zəfər Günündə belə bir tarixi nəticə əldə etdiyim üçün çox sevinirəm”.
Allsport.az xəbər verir ki, bu sözləri Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarının çimərlik güləşi üzrə qızıl mükafatçısı Elgün Kərimov Heydər Əliyev beynəlxalq hava limanında qarşılanma mərasimində açıqlamasında deyib.
O qeyd edib ki, yeniyetmələrin yay olimpiya oyunlarında qazanılan bu uğur onun üçün ən böyük nailiyyətlərdən sayılır:
“Seneqal sınağına qədər böyük hazırlıq prosesi keçmişdik. Zəfər günündə medal qazanmağım isə ikiqat sevincə çevrildi. Xalqımızın zəfər günündə üçrəngli bayrağımızı fəxri kürsüdə dalğalandırdıq. Bu hissləri sözlə ifadə etmək mümkün deyil”.