Millimizin heyəti açıqlanıb

Millimizin heyəti açıqlanıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının 2026/2027-ci illər mövsümündə UEFA Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib.

Allsport.az xəbər verir ki, 21 futbolçudan ibarət komandamız noyabrın 9-dan 19-dək Frankfurtda olacaq.

Millimiz seçmə mərhələ çərçivəsində noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, noyabrın 14-də saat 19:30-da Şimali İrlandiya, noyabrın 17-də saat 14:00-da isə Litva yığması ilə qarşılaşacaq. İlk iki oyun “DFB Kampus”da, sonuncu görüş isə “Nidda-Sportfeld”də keçiriləcək.

Millimizin seçmə mərhələdə iştirak edəcək 21 nəfərlik futbolçu heyətini təqdim edirik:
 

Nr. Adı / SoyadıKlub
1Oqtay MehrəliyevKlubsuz
2Bilal HacıyevQarabağ FK
3Ülvi AbbaslıSumqayıt FK
4Vaqif NəbiyevQarabağ FK
5Cihad SadıqovSabah FK
6Ruslan QuliyevNeftçi PFK
7Turan RamazanovTuran Tovuz PFK
8Emil QuliyevNeftçi PFK
9Tunar BayramovQarabağ FK
10Vaqif MəmmədliSabah FK
11Nicat ƏhmədzadəMarcet (İspaniya)
12Əhəd HacızadəQarabağ FK
13Yusif OrucəliyevQarabağ FK
14Şikar ŞikarNeftçi PFK
15Tunar ƏsgərzadəQarabağ FK
16Rəsul Balakişiyevİmişli PFK
17Sübhan ƏlizadəNeftçi PFK
18Qafar BabayevNeftçi PFK
19Nazim ƏliyevQrafiçar (Serbiya)
20Yusif QuliyevQarabağ FK
21Daniil RəcəbovQarabağ FK

Həmin kateqoriyadan