UEFA cərimələdi

UEFA cərimələdi

UEFA Fransa futbol federasiyasını 10 min avro cərimələyib.

Allsport.az xəbər verir ki, buna UEFA millətlər liqasında millinin Belçika ilə matçının gec başlaması səbəb olub.

Fransanın 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşün startı meydan sahiblərinin futbolçularının geyimindəki problemlər səbəbindən bir neçə dəqiqə yubanıb. Geyimlərinin üzərində uyğunsuz rəngdə olan lentin meydana çıxmazdan əvvəl dəyişdirilməsi tələb edilib.

UEFA baş verənləri millətlər liqasının reqlamentinin 6.07-ci bəndinin pozulması kimi qiymətləndirib. Həmin müddəaya əsasən, milli federasiyalar oyunçuların geyimi haqqında məlumatı öncədən UEFA-ya təqdim etməlidirlər. Bundan əlavə, geyimlərin üzərindəki lent və sarğılar şəffaf olmalı, həmçinin rənglər uyğunluq təşkil etməlidir.

4 turdan sonra Fransa 10 xalla “A” lqasına başçılıq edir, Belçika isə 6 xalla 3-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan