- Baxış sayı: 33
- 09 Noyabr 2026 12:22
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Pafos”da çıxış edən azərbaycanlı cinah hücumçusu Murad Məmmədov ölkə çempionatının 9-cu turunda növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, komanda doğma meydanda “Omoniya”nı qəbul edib.
Matç ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Murad Məmmədov 59-cu dəqiqədə yaşıl meydana daxil olub.
Bu qələbədən sonra “Pafos” xallarının sayını 16-ya çatdıraraq Kipr çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.