Bunu bacaran 5-ci ispaniyalı oldu

Bunu bacaran 5-ci ispaniyalı oldu

“Aston Villa”nın baş məşqçisi Unay Emeri İngiltərə premyer liqasında 200-cü matçını keçirib.

Allsport.az xəbər verir ki, Birmingem komandasına rəhbərlik edən məşqçinin yubiley matçı X turda “Mançester Yunayted”lə heç-heçə ilə başa çatan səfər oyununa (4:4) təsadüf edib.

İspaniyalı mütəxəssis 2018–2019-cu illərdə “Arsenal”a rəhbərlik edib. O, 2022-ci ildən “Aston Villa”da fəaliyyət göstərir.

54 yaşlı mütəxəssis premyer liqada 200 oyunluq həddi aşan 5-ci ispaniyalı baş məşqçidir. Daha əvvəl bu göstəriciyə Rafael Benites, Roberto Martines, Xosep Qvardiola və Mikel Arteta nail olublar.

Həmin kateqoriyadan