Tarixi göstərici

Tarixi göstərici

“San Antonio Spurs”un fransalı basketbolçusu Viktor Vembanyama NBA-nın müntəzəm çempionatında tarixi göstəriciyə imza atıb.

Allsport.az xəbər verir ki, 22 yaşlı mərkəz oyunçusu “Finiks Sans”la qarşılaşmada 40 xal toplayıb, 11 götürmə və 9 blokla yadda qalıb. O, həmçinin iki dəfə üçxallıq atışı dəqiq yerinə yetirib.

NBA tarixində indiyədək heç bir basketbolçu bir oyunda bu dörd göstəriciyə eyni vaxtda nail olmayıb. Vembanyama isə bunu cəmi 25 dəqiqə ərzində bacarıb.

Bundan başqa, fransalı basketbolçunun meydanda olduğu müddətdə “San Antonio” rəqibini 30 xal üstələyib (+30).

Vembanyama NBA tarixində ən azı 10 oyunda 30 və daha çox xal, 10 götürmə, 5 blok və 2 dəqiq üçxallıq atış qeydə alan yeganə basketbolçudur.

Həmin kateqoriyadan