Ələsgərovun klubu qalib gəldi

Türkiyə I liqasının XI turunda Azərbaycan dueli baş tutub.

Allsport.az xəbər verir ki, Namiq Ələsgərovun çıxış etdiyi “Bursaspor” Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörəngücü”nü qəbul edib. Bursa Atatürk stadionunda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin hər 2 futbolçusu meydana start heyətində çıxıb. 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılan İsgəndərli 74-cü dəqiqədə Talha Yünkuşla əvəzlənib. Ondan 1 dəqiqə öncə isə Ələsgərovun yerinə meydana Elton Akolatse daxil olub.

Bu qələbədən sonra xallarını 14-ə çatdıran “Bursaspor” 7-ci pilləyə yüksəlib. 7 xalı olan “Keçiörəngücü” isə 19 komanda arasında 18-ci sırada qərarlaşıb.

Həmin kateqoriyadan